QƏDİM MATERİK DYUNLARI

bax: Parabolik dyunlar.
QƏDİM DÖRDÜNCÜ DÖVR ŞÖBƏSİ
QƏDİM PLATFORMA
OBASTAN VİKİ
Materik dyunları
Materik
Materik — yerin su ilə əhatə olunmuş böyük bir hissəsi. Bu, Yerin geoloji inkişafı zamanı onun xarici təbəqələrinin fiziki-kimyəvi və qravitasiya təsnifatı nəticəsində əmələ gələn mürəkkəb tərkibli heterotektik cisimlərin məcmusudur. Materiklərin sahəsində əks olunan irimiqyaslı geoloji strukturların mövcudluğu iki əsas tipə – geosinklinallara və platformalara təsnif edilir. Qitələr üçün xarakterik olan ərazi növləri düzənlik və dağlardır. "Materik" anlayışına ekvivalent və ya yaxın olan söz kimi "qitə" termini də istifadə olunur. == Materiklər == Materik yer qabığının, quru şəklində dəniz səviyyəsindən yuxarıda yerləşən, ən böyük massividir. Onun kənarları dəniz altında olur. Müasir geoloji dövrdə 6 materik vardır. === Avrasiya === Sahəsi 54 mln km² olan Avrasiya materiki dünyanın ən böyük materiki olub, bütün qurunun 1/3 hissəsini əhatə edir. Ucqar nöqtələri.
Kontinent (materik)
Kontinent (materik) (rus. континент, ing. continent) (lat. continens, yiyəlik halında continentis-materik) — yer qabığının nəhəng massivi olub, səthinin çox hissəsi quru şəklində Dünya okeanı səviyyəsindən yuxarıda, kənarları isə okean səviyyəsindən aşağıda yerləşir (materiklərin sualtı kənarı). Materiklərdə yer qabığı "qranit qatın" iştirakı ilə səciyyələnir və orta qalınlığı 35–45 km-dır. Müasir geoloji əsrdə 6 kontinent mövcuddur: Avrasiya (53,4 mln. km2 ), Afrika (30,8 mln. km2 ), Şimali Amerika (24,2 mln. km2 ), Cənubi Amerika (18,2 mln. km2 ), Avstraliya (7,7 mln.
Materik buzlaşması
Materik buzlaşması (rus. материковое оледенение, ing. continental glaciation) — buzlağın proqressiv inkişafının son mərhələsinə uyğun gələn buzlaşma. Materik buzlaşmasında materik buzlaq formaları üstünlük təşkil edir: materik buzlağı, yüksəklik buzlağı, buzlaq örtüyü və başqaları ilə yanaşı, həmçinin dağlıq və dağətəyi buzlaqlar kimi aralıq tipli buzlaq formaları da mövcuddur (karlar və başqaları). Dördüncü dövrdə materik buzlaş-ması Avropanın, Asiya və Amerikanın şimal hissəsini tutmuşdur. /Kontinental buzlaşmanın sin/.
Materik Çini
Materik Çini və ya Qitə Çini (çin. 中国大陆| Pinyin: zhōngguó dàlù), Çin Xalq Respublikasının birbaşa nəzarəti altında olan əraziləri bildirmək üçün istifadə edilən termindir. Bu ərazilərə Honqkonq və Makao xüsusi inzibati rayonları, və həmçinin Tayvan daxil deyil. Bu hüquqi və siyasi anlayışdır. Lakin, bəzən sırf coğrafi mənada da işlənilir. Məsələn, Haynan adasının xüsusi statusu yoxdur, lakin onun coğrafi mənada Materik Çindən Haynan boğazı tərəfindən ayrılmış olduğundan yazılır. == Tarixi == Çində vətəndaş müharibəsinin sonunda, 1949-cu ildə, Çin Kommunist Partiyası (ÇKP) ilə Çin Xalq Azadlıq Ordusu qalib gələrək Homindan və Milli İnqilabi Ordusunu məğlub ediblər. Buna görə, Homindan Çin Respublikasının institutlarını (o cümlədən, hökumətini) Tayvana köçürməyə məcbur olub. Tayvan adası Yaponiyanın kapitulyasiyasından sonra, 1945-ci ildə Homindana hökumətinə verilmişdi. 1949-cu ilin oktyabrın 1-də Çin Xalq Respublikası təsis olandan bəri, onun ÇKP idarə etdiyi hökuməti özünü bütöv Çinin yeganə qanuni hökuməti olaraq sayır.
Materik yer qabığı
Materik yer qabığı — Yerin materik hissələrini əhatə edən qabıq. Bu qabıq çökmə, qranit və bazalt qatlardan ibarətdir. Orta qalınlığı 35 - 45 km -dir. Maksimal qalınlıq isə 75 km-dir (dağlarda) Materik qabığından fərqli olaraq okean yer qabığı nazik və tərkibcə fərqlidir. Materik yer qabığı planetin 40 % -ni əhatə edir. Həcm baxımdan isə 70 %-ni təşkil edir. == Quruluşu == Üç qatdan ibarət olan materik qabığının üst qatı - çökmə qat çökmə süxurlardan təşkil olunub. Böyük qalınlığa malik olmasa da hər yerdə geniş yayılıb. Materik yer qabığının əsas hissəsini qranit və qneyslərdən ibarət olan qranit qat təşkil edir. Qranit qat aşağı sıxlığa malikdir.
Qədim
Qədim — kişi adı, təxəllüs. Kəmaləddin Qədim — Azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Qədim — Azərbaycanlı meyxanaçı.
Kəmaləddin Qədim
Kəmaləddin Qədim — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub. İxtisasca tarixçidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır. Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır. == Yaradıcılığı == Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları "Azərbaycan", "Ulduz" jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
Qədim (Sayınqala)
Qədim (fars. ‎قديم‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 208 nəfər yaşayır (36 ailə).
Qədim (ad)
Qədim — kişi adı, təxəllüs. Kəmaləddin Qədim — Azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Qədim — Azərbaycanlı meyxanaçı.
Qədim (dəqiqləşdirmə)
Qədim — kişi adı, təxəllüs. Kəmaləddin Qədim — Azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Qədim — Azərbaycanlı meyxanaçı.
Qədim Afina
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. == Tarixi == E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Qədim Bakı
İçərişəhər — Bakı şəhərinin tarixi mərkəzi. Xalq arasında həm də "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə Bakının ən qədim hissəsi həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər, yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221.000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Qoruq ərazisi hələ tunc dövründən məskunlaşmışdır. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII–IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, burada sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748–1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır. İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşah Azərbaycan memarlığının inciləri hesab edilirlər.
Qədim Bərdə
Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər dağıdılıb. == Tarixi == 460-cı illərdə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən əsası qoyulub və Albaniyanın paytaxtı olaraq Kabalakanı əvəz edib. VII əsr atlası Aşxaratsuyts onu Utik vilayətinin tərkibində göstərir. 552-ci ildə Partav Alban Həvari Kilsəsinin mərkəzinə çevrilir. Bərdə X əsrdə Nestorian kilsəsinin Arran yepiskopluğunun mərkəzi olmuşdur. Musa Kalankatlı Cavanşir tərəfindən Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: “Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi....” Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır. === 944-cü il basqını === İlkin salnaməyə görə 944-cü ildə ali liderləri I İqor olan ruslar Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdikdən sonra və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər. İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular.
Qədim Dünya
Qədim dünya — bəşər tarixində tarixdən əvvəlki dövr və Avropada orta əsrlərin başlanğıcı arasında fərqlənən dövr. Digər bölgələrdə antik dövrün müvəqqəti sərhədləri Avropa sərhədlərindən fərqli ola bilər. Məsələn, Çində qədim dövrün sonu bəzən Qin imperiyasının yaranması hesab olunur , Hindistanda - Chola imperiyası , Amerikada - Avropa kolonizasiyasının başlanğıcı . "Klassik qədimlik" (və ya antik dövr) termini ümumiyyətlə ilk Olimpiadadan (e.ə. 776) başlayan Yunan və Roma tarixinə aiddir. Bu tarix, demək olar ki, Romanın ənənəvi quruluş tarixinə (e.ə. 753) təsadüf edir. Avropa qədim tarixinin son tarixi ümumiyyətlə Qərbi Roma İmperiyasının süqut ili (mil. 476) , bəzən İmperator I Yustinianın ölüm tarixi (565), İslamın görünüşü (622-ci il) hesab olunur.) və ya İmperator Çarlemanın hakimiyyətinin başlanğıcı (800-cü il).
Qədim dağlar
Qədim dağlar (rus. древние горы, ing. old mountains) — qırışıq strukturu qədim (alpa qədərki) qırışıqlıq epoxalarında yaranmış və sonrakı orogenezlər nəticəsində dəfələrlə mürəkkəbləşmiş dağlar. Qədim dağlar morfoloji baxımdan yeni və müasir tektonik hərəkətlər nəticəsində cavanlaşa bilər. (məs: Baykal dağlıq vilayətinin dağları).
Qədim dövr
Qədim dırnaqlılar
Qədim dırnaqlılar (lat. Condylarthra) — euarxontoqlireslər dəstəüstünə aid heyvan dəstəsi.
Qədim germanlar
Germanlar və ya germandillilər — müasir Almaniya, Avstriya, Bohemiya və Polşanın qərb hissəsini əhatə edən Germaniya ərazisində III əsrdən IX əsrə qədər yaşamış xalq. Xalqların böyük köçü dövründə german xalqı da Avropaya gəlib çıxmışdır. Bugünkü hollandlar, almanlar və avstriyalılar başda olmaqla ingilislər, flamandlar, Skandinav xalqları (danlar, norveçlilər, isveçlilər, islandlar, farerlilər) və almandilli isveçrəlilər german xalqlarındandır.
Qədim ibranilər
İbranilər - Sami dil ailəsinə məxsus qədim xalq. == Köç == Sami dil ailəsinin üzvü olan ibranilər tarixin səhnələrində ilk dəfə Mesopotamiyada görünmüşdülər, Bibliyaya görə ibrani patriarxı İbrahimin ailəsi şumerli olmuşdur. Mənşə etibarilə ibranilər maldarlıqla məşğul olan köçəri xalq olmuşdular, təəccüblü deyil ki, məhz buna görə onların məskunlaşdıqları ərazini dəqiqliklə təyin etmək çətindir. Bunu demək kifayətdir ki, onlar təxminən e.ə. 1900 və 1500-cü illər arasında Mesopotamiyadan Cənubi Suriyaya (daha sonra həmin ərazi Xanaan yaxud Kənan adlandırılmışdı) və daha sonra isə Misirə köç etmişdilər. Həmin əsrlər ərzində İbrahimin nəvəsi Yaqubun soyundan gəldiyini iddia edən bir ibrani tayfası Yaqubun digər adının şərəfinə özünü “israilli” adlandırmağa başladı. Yaradılış kitabına görə Yaqub bütün gecəni bir mələklə güləşdikdən sonra “tanrının əsgəri” mənasına gələn “İsrail” adını almışdı. İbranilər təxminən 3 əsr ərzində Misirdə qaldıqdan sonra Misir imperiyası qurmağa çalışan və ev iqtisadiyyatını davam etdirmək üçün daha çox qula ehtiyac duyan Yeni Padışahlığın fironları tərəfindən qula çevrildilər. İbranilər təxminən e.ə. 1250-ci ildə onların Misir sərhədlərindən Sinay yarımadasına (Misir və Xanaan arasında yerləşən səhralıq ərazi) kütləvi qaçışına başçılıq edən qəhrəman Musanın simasında yeni lider tapdılar.
Qədim makedoniyalılar
Makedoniyalılar (yun. Μακεδόνες, Makedónes) — vaxtilə Yunanıstanın şimal-şərq hissəsində Alyakmon və aşağı Vardar çayları arasındakı allüvial düzənlikdə yaşamış qədim tayfa. Qədim yunanlardan olan bu tayfa yunan ərazisinin şimal ucundakı Alyakmon dərəsi boyunca yerləşən ərazilərindən başlayaraq ərazilərini genişlətmiş, fraklar və illiryalılar başda olmaqla bir çox qeyri-yunan qəbilələrini özünə tabe etmiş və ya ərazisindən çıxartmışdır. Makedoniyalılar yunan dilinin şimal-qərb dialektini (Qədim Makedoniya dili) danışsalar da, regionun linqva frankası əvvəl attik yunan, sonra isə koyni yunan idi. Onlar yunan mifologiyasının tanrılarına sitayiş etsələr də, eramızdan əvvəl 6-cı əsrdən başlayaraq Yunanıstanın digər hissələrində sona çatmış arxaik yunan dəfnetmə adətlərini saxlayırdılar. Makedoniya cəmiyyətinin nüvəsi monarxiya və zadəganlar idi. Makedoniyalı aristokratları qonşuları fessaliyalar kimi öz var-dövlətlərini at və mal-qara saxlamaqdan qazanmışdılar. Təqribən eramızdan əvvəl 8-ci əsrdə yaranmış Makedoniya çarlığı müxtəlif klanlardan ibarət olsa da Argeadlar sülaləsi və qəbiləsi bu dövlətdə vacib rol oynamışdır. Sülalənin əsasını qoyan I Perdikki Arqosdan Temenin nəslindən idi. Makedoniyanın adının isə yunan tanrısı Makedondan törədiyi ehtimal edilir.
Qədim uyğurlar
Qədim uyğurlar (veyhu, xoyxu, Oyxor) — Mərkəzi Asiya türk xalqlarının etnopolitik tarixində əhəmiyyətli rol oynayan ən böyük orta əsr türk etnik qruplarından biridir. == Tarixi == Yazılı mənbələrdən əldə edilən məlumatlara əsaslanaraq qədim uyğurların tarixi təxminən min il müddətinə: IV əsrdə "qaoçe"-"telelər" tayfalar birliyinin beynəlxalq arenaya çıxdığı andan başlayaraq, XIII-XV əsrlərə qədər, qədim uyğurların nəhayət Novouygur və ya Şərqi Türkistannın müasir Uyğur etnosu və Qansu əyalətinin Sarı uyğurları izlənilmişdir. Bu dövrdən əvvəlki dövrdə, yəni IV əsrdən əvvəlki tarixlərdə proto-uyğur tayfalarının tarixi həyatının qurulmasına rəvac vermir, lakin onun Hunların qəbilə birliyi ilə birbaşa əlaqəli olduğu məlumdur. Qədim Çin tarixi yazılı mınbılərində qədim uyğurların hun və dinlin türk xalqları köklərindən gəldikləri barədə məlumatlar var. Oyxorların mənşəyi e.ə.III əsrdə Baykal gölü ətrafında məskunlaşmış köçəri dinlin xalqına gedib çıxır. V əsrdə dinlinlər tarixi arenada yenidən ortaya çıxdı, o vaxtdan etibarən cəsədlər adlandırıldılar. Erkən Tan sülaləsi salnamələrində qədim uyğurlara xueyxelər deyilirdi. IV əsrə qədər qədim uyğur tayfaları "xueyqu" adlanmağa başladı. 840-cı ildə Syaclar (Yenisey qırğızları) Xueyqu ölkəsini fəth etdilər və Uyğur xaqanlığının əhalisinin bir hissəsi tədricən köçəri həyat tərzindən oturaq həyat tərzinə keçərək Tarım hövzəsinin yerli əhalisi ilə birləşərək Şərqi Türkistana köçdülər - Xan sülaləsindən bəri qərb ərazilərinə köçərən çinlilər, Xotan, Şule və Kuça sakinləri ilə birgə yaşadılar. Qədim Uyğur tayfalarının tarixində üç əsas dövr vardır: Monqolustanda və Cunqariyada dövlət quruluşları dövrü (IV-VI əsrlərdəki köçəri tayfaların birlikləri).
Qədim Çenqçou
Çjençjou (çin. ənən. 鄭州, sadə. 郑州, pinyin: Zhèngzhōu) — Çin Xalq Respublikasının Xenan vilayətində şəhər dairəsi, vilayətin inzibati mərkəzi == Tarixi == Çinin şərq-mərkəzi hissəsindəki Henan əyalətindəki Müasir Çençou, Şan sülaləsinin qurucusu Bo King Tang'ın krallıq paytaxtıdır. 605-ci ildə ilk dəfə Çençou adlandı.. Erkən Şan sülaləsi dövründə, həmçinin Erligan mədəniyyəti olaraq da bilinən, 61.77 hektar ərazini əhatə edən ən böyük divarlı şəhər idi. Ətrafı təxminən 4 mil olan nəhəng şəhər divarı 741 hektardan çox ərazini əhatə edirdi. şəhərin çox hissəsini təşkil edən kral saraylarını əhatə edirdi. Arxeoloqlar şəhərin şimal-şərqində 15 dönümdən çox ərazini əhatə edən bir sarayın təməllərini kəşf etdilər. Şəhərdə ayrıca yaşayış məhəllələri, əkinçilik qəsəbələri, qəbiristanlıqlar və bir çox emalatxanalar var idi.
Qədim Şirvan
Şirvan — Azərbaycan ərazisində mövcud olmuş qədim şəhər. Xəzər dənizi sahilində - Şamaxı-Dərbənd ticarət yolu üstündə yerləşirdi. Tarixi Şirvan vilayətinin mərkəzi idi. Əlİstəxri, ibn-Havqəl və əl-Müqəddəsi Şəmaxiyyə və Şəbəranla yanaşı, Şirvan şəhərinin də adını çəkirlər. İbn Havqəlin xəritəsində Şəbərandan başlayaraq Şirvan və Şəmaxiyyədən keçib, Bərdicə, oradan da Bərdəyə gedən yol qeyd edilmişdir. Həm də, Şəbəranla Şirvan arasındakı məsafə Şirvanla Şəmaxiyyə arasındakı məsafədən üç dəfə çoxdur. Müqəddəsi (təqribən 985-ci ildə yazmışdır) Şirvan haqqında aşağıdakı məlumatları verir: "Düzənlikdə böyük şəhərdir. Binaları daşdandır, bazar meydanında Cümə məscidi vardır. Şəhərin içindən çay keçir". V. F. Minorskinin fikrincə, Şirvanşah şəhərinin bu təsviri Şəbərana aiddir, belə ki, İstəxrinin əsərinin bizə gəlib çatmayan, lakin Yaqut tərəfindən istifadə olunmuş nüsxəsində Şirvan əvəzinə Şəbəran yazılmışdır.
Qədim şəhər
Qədim şəhər (Bakı)